KİTAP ANALİZİ
Giriş Tarihi : 09-03-2024 00:41   Güncelleme : 09-03-2024 00:53

Haradan Gəldik, Haraya Gedəcəyik / Nereden Gelip Nereye Gidiyoruz? / Habil Yashar - Azerbaycan & Türkiye Türkçesi

Habil Yashar - HARADAN GƏLDİK HARAYA GEDƏCƏYİK / AZERBAYCAN TÜRKÇESİ NEREDEN GELDİK NEREYE GİDİYORUZ? / TÜRKİYE TÜRKÇESİ

 Haradan Gəldik, Haraya Gedəcəyik / Nereden Gelip Nereye Gidiyoruz? / Habil Yashar - Azerbaycan & Türkiye Türkçesi

NEREDEN GELDİK NEREYE GİDİYORUZ?

Habil Yaşar'ın "Yedinci Ayın Yedisi" adlı romanından...

Eserlerimi kalbimle, ruhumla, kanımla çiziyorum, ellerim sadece birer araçtır. Bazen onları çizerken kendi kendime konuşuyorum, bazen ağlıyorum, bazen gülümsüyorum, hatta bazen çığlık atıyorum da. Sanki yarattığım her karakteri gerçek hayatta görüyorum, canlanarak benimle iletişim kurmaya başlıyorlar ve her ne kadar onları ben yaratmış olsam da her birinin kendine karakteristik fikirleri ve dünya görüşleri vardır.

Bu saydıklarımı tek kelimeyle anlatacak olursam halüsinasyon görüyorum diyebilirim. Karakterlerim beni sadece hayatta değil, rüyalarımda da ziyaret ediyor, benimle çeşitli konularla ilgili konuşmaya çalışıyorlar. Oldukça muhatap oldukları için bir an bile sıkılmama izin vermiyorlar. İçlerinde taş kalpli ve kaba karakterler olmasına rağmen her biri benim için çok kıymetli ve sevimlidir ve her birine büyük bir saygıyla davranırım.

Çünkü onlar benim düşüncelerimin ürünü. Eğer bir şeyi başaracaksam, bunu onların sayesinde elde edeceğim. Karakterlerimden birinin bir filozof olduğunu ve "Nereden gelip nereye gidiyoruz?" sorusuna cevap aradığını çok iyi hatırlıyorum. Bu sorunun cevabını o kadar düşünüyordu ki, sanki gerçekte de sesini duyuyormuş gibi bir yandan da rüyalarımda bu konuyu tartışmaya devam ediyor, hatta daha da ileri giderek yakamdan tutarak bana rahatlık vermiyordu. Ama filozofum onun yaratıcısı olduğumu ve onun sadece bir sanat eseri olduğunu nereden bileydi ki... Doğru, tüm bunlarla birlikte filozofuma hakaret etmeyeceğim, çünkü biz insanlar, tıpkı eserlerimizdeki kahramanlar gibi, nereden gelip nereye gittiğimizi bile bilmiyoruz ve belki de asla bilemeyeceğiz. Ve aslında biz kendimiz de, her birimiz bir sanat eseriyiz.

Yarattıklarımız da bir dünya içinde başka bir dünyadır ve belki onlar da başka bir dünyanın yaratıcılarıdır. Bilmediğimiz, duymadığımız, anlayamadığımız bir başka dünya...

HARADAN GƏLDİK HARAYA GEDƏCƏYİK

Əsərlərimi ürəyimlə, ruhumla, qanımla çəkirəm, əllər sadəcə vasitədir. Bəzən onları çəkərkən öz-özümə danışır, bəzən ağlayır, bəzənsə gülümsəyir, hətta qışqırıram da. Sanki, yaratdığım hər obrazın özünü gərçəkdən görürəm, onlar canlanaraq mənimlə ünsiyyət qurmağa başlayır və onları mən yaratdığıma baxmayaraq hər birinin özünəməxsus fikirləri, dünyagörüşləri də vardır. Sadaladıqlarımı bir sözlə ifadə etsəm bəlkə də hallüsinasıya yaşadığımı deyə bilərəm. Obrazlarım nəinki həyatda, eyni zamanda yuxularıma da qonaq olur, mənimlə müxtəlif mövzulardan danışmağa cəhd edirlər. Olduqca həmsöhbət olduqlarından bir an olsun darıxmağıma imkan vermirlər. İçlərində daş ürəkli, kobud xarakterli  obrazlar da olmasına rəğmən hər biri mənim üçün doğma və əzizdir və hər birinə böyük hörmətlə yanaşıram.

Çünki, onlar mənim düşüncələrimin məhsuludur. Əgər nəyəsə nail olacağamsa bunu onların sayəsində qazanacağam. Çox yaxşı yadımdadır, obrazlarımdan biri filosof idi və “Haradan gəldik, haraya gedəcəyik” sualına cavab axtarırdı. Bu sualın cavabını o qədər düşünürdü ki, sanki reallıqda da səsini eşidir, eyni zamanda yuxularımda da müzakirəsini davam  etdirir və hətta, daha da irəli gedərək yaxamdan tutaraq mənə aman vermirdi.

Amma filosofum daha nə biləydi ki, onu yaradıcısı elə mən özüməm və nə biləydi ki, o sadəcə bir sənət əsəridir. Düzdür, bütün bunlarla yanaşı filosofumu aşağılamaq fikrində deyiləm, çünki, biz insanlar belə əsərlərimizdəki qəhrəmanlar kimi haradan gəldiyimizi və hara gedəcəyimizi zərrə qədər də bilmirik və bəlkə  heç zaman da bilməyəcəyik. Və əslində biz özümüz də, hər birimiz bir sənət əsəriyik.

Yaratdıqlarımız da bir dünyanın içində başqa bir dünyadır və bəlkə onlar da başqa bir dünyanın yaradıcılarıdır. Bilmədiyimiz, duymadığımız, anlayamayacağımız başqa bir dünyanın...

***

* Habil Yaşarın  "Yeddinci ayın yeddisi" romanından

Truva Edebiyat Dergisi Truva Edebiyat Dergisi