ÖZÜ KİÇİK ÜREĞİ BÖYÜK NESÎMÎ / AZERBAYCAN TÜRKÇESİ
Fikirləri çox qarışıq idi. Evdən tələsik halda çıxaraq dəniz sahilinə doğru iti addımlarla irəlilədi.Sahilə çatmağa on beş iyirmi metir qalmış, bir anlıq dayandı və ətrafı diqqətlə gözdən keçirməyə başladı. Ətrafda heç kimsə görsənmirdi, tam sakitçilik idi. Dəniz sakitcə dalğalanırdı, sanki mavi sular onu öz ağusuna səsləyird. Fikri qəti idi intihar etmək.Yalnız bunu bacara biləcəkdimi onu bilmirdi. Bəs geridə qoyub gəldiyi, sevdikləri necə olacaqdı? Təsəvvür belə etmək istəmirdi.
Ayaqqabıların çıxararaq bir az qum üzərində yeriməyə başladı. Bu zaman sanki kiminsə hıçqıraraq ağladığını eşitdi. Əvvəlcə elə bildi ki, qağayıların səsidir .Diqqətlə səs gələn tərəfi dinlədi.
Yox bu quşların səsi deyildi, doğrudanda kimsə ağlayırdı. Səs gələn tərəfə doğru irəliləməyə başladı.
Qulaqlarına inanmadı ətrafda heç kimin olmadığı bir yerdə bu səs haradan gəlirdi. Hıçqırıq səsləri sağ tərəfdə ki, köhnə besetkanın yanından gəlirdi. Yavaş yavaş oraya doğru getdi. Yaxınlaşdıqda gözlərinə inanmadı. On bir on iki yaşlarında bir oğlan uşağı qumun üzərində uzanaraq ağlayırdı.
Oğlum niyə ağlayırsan dedikdə, oğlan başını qaldırıb ona baxdı və yenidən hıçqırmağa başladı. O, bir anlıq nə edəcəyini bilmədi. Sonra yavaşca bir azda oğlana yaxınlaşdı. Titrək əllərini oğlanın başına çəkərək dedi: Eyy mənə bax niyə ağlayırsan, bax məndə ağlayacam. Əlləri ilə üzünü qapayaraq doğrudanda ağlamağa başladı.
Oğlan başını qaldıraraq təcüblə ona baxırdı.Gözlərindən axan yaşlar, yanaqlarında donub qalmışdı.Birdən qeyri- ixtiyari soruşdu. Siz niyə ağlayırsınız? Qadın əllərini üzündən çəkərək oğlana baxdı.Uşağın qara gözləri və qara gur saçları vardı.Üzündə uşaqlara məxsus olan məsumluğun arxasında sanki sirli bir kədər qəm gizlənirdi.Uşağın sualı qarşısında bir anlıq donub qaldı və bir - birinə baxaraq birdən gülməyə başladılar Hər ikisi qumlu əlləri ilə göz yaşlarını silərək ayağa qalxdılar.
Özünü toplayaraq soruşdu adın nədir oğlum? Oğlan bir az fikirləşərək dedi!
Nəsimi. Niyə ağlayırsan Nəsimi?
Oğlan üst - başının qumunu çırparaq, durub oturdu və danışmağa başladı.
Adı Nəsimi olan bu oğlanın on bir yaşı vardı. Özündən kiçik doqquz yaşlı bir bacısı və altı yaşlı bir qardaşı vardı. Onlar dədə nənə himayəsində qalırdılar.
Ataları vətən uğrunda gedən döyüşlərdə qəhramancasına həlak olmuş, buna dözməyən anaları isə intihar edərək həyatına son qoymuşdu.
Nəsimi hər gün məktəbə gedir. Oradan çıxanda isə evlərinin yaxınlığındakı özlərinə məxsus dükanda satıcıya kömək edirdi. Bu gün isə məktəbdən evə gəldikdə dədəsinin xəstələndiyini görmüş və onunda öləcəyini fikirləşərək bərk qorxmuşdu. Çünki onların dədə və nənədən başqa bir kimsələri yox idi.
O Nəsimini seyr edərək diqqətlə ona qulaq asır və get- gedə qəlbindəki, qara fikirlərdən uzaqlaşmağa başlayırdı.
Birdən qeyri - ixtiyari olaraq soruşdu sənin adını kim qoymuş Nəsimi?
Nəsimi gülümsəyərək dedi; Dədəm vermiş bu adı mənə, çünki onunda adı Nəsimidir.
Ayy nə gözəl. Bilirsənmi ikinizdə dahi şair Nəsiminin adını daşıyırsınız. Bəli bilirəm deyə Nəsimi utanaraq başını aşağı saldı..
Onlar artıq dostlaşmışdılar. İkisidə ayağa qalxaraq sahilboyu irəliləməyə başladılar. Nəsimi çox ağılı bir uşaq idi.
O danışdıqca, sanki müdrik bir yaşlı adam danışırdı.
Artıq yüzdə - yüz intihar fikrindən vaz keçmişdi, kiçik bir uşağın sayəsində.
Bir vaxtlar Haq mənəm, haqq məndədir, haqqı söylərəm deyən, bu sözlərə görə dərisi soyulan Nəsimi adı, indi bir ananı, bir gənc qadını öz intihar fikirlərindən daşındırmağı bacarmışdı.
Sən heç Nəsiminin şeirlərindən bilirsənmi. Bəli bilirəm, çox bilirəm. Oğlanın hazırcavablığı onu heyran eləmişdi. Söyləyə bilərsənmi bir iki parça. Bəli söylərəm dedi Nəsimi.
"Bir acayib dərdə düşdüm, hər kəs gedər karına
Bu gün buldum, bu gün yerim ; Haq Kərimdir yarına
Zerrece tamahım yoxdur, bu dünyanın varına
Rızkımı verən Xudadır, qula minnet eyləməm.”
Nəsimi şerini tam deyib qurtardıqdan sonra dedi; Dədəm hər zaman mənə deyir oğlum nə istərsən Allahdan istə, insanlardan istəmə. Versə nemətdir, verməsə hikmətdir.
O heyranlıqla Nəsimini seyr edird. Oğlan çox istedadlı uşaq idi.
Bir anlıq fikrə getdi, axı o bir qəhraman vətənpərvər şəhidin oğlu, Nəsimi kimi bir dədənin nəvəsi idi. Qəhraman ataların qəhraman da oğulları olar Nəsimi kimi. Həyat var olduqca, insanoğlu yaşadıqca neçə - neçə Nəsimilər doğulacaq. Hər biri zamana görə öz dövrünün qəhramanı olaraq söyləyəcək Məndə sığar iki çahan, Mən bu cahana sığmazam...
***
KENDİ KÜÇÜK YÜREĞİ BÜYÜK NESÎMÎ / TÜRKİYE TÜRKÇESİ
Düşünceleri oldukça karışıktı. Aceleyle evden çıkıp keskin adımlarla deniz kıyısına doğru ilerledi. Kıyıya varmadan on beş-yirmi metre önce bir an durdu ve etrafına dikkatlice bakmaya başladı. Etrafta kimse yoktu, tamamen sessizdi. Deniz, sanki mavi sular onu çağırıyormuşçasına hafifçe dalgalanıyordu. İntihar etmeye kararlıydı; ama bunu yapıp yapamayacağını bilmiyordu. Peki geride bıraktığı sevdiklerinin durumu ne olacak? Hayal etmek bile istemiyordu.
Ayakkabılarını çıkarıp kumda biraz yürümeye başladı. Bu sırada birinin hıçkırarak ağladığını duydu. İlk başta bunun martı sesi olduğunu düşündü. Sesin kaynağını dikkatle dinledi.
Hayır, kuş sesi değildi bu, aslında birisinin ağlamasıydı. Sesin geldiği yöne doğru ilerlemeye başladı.
Etrafta kimsenin olmadığı bir yerden bu ses nereden geliyordu, kulaklarına inanamadı. Sağdaki eski döşekten hıçkırık sesleri geliyordu. Yavaş yavaş oraya doğru yürüdü. Yaklaştığında gözlerine inanamadı. On bir ya da on iki yaşlarında bir oğlan çocuğu kumların üzerinde yatmış, ağlıyordu.
“Oğlum, neden ağlıyorsun?” deyince çocuk, ona baktı ve tekrar ağlamaya başladı. Bir an ne yapacağını bilemedi. Daha sonra yavaşça çocuğa yaklaştı. Titreyen ellerini çocuğun başına koyarak şöyle dedi: “Hey, bana bak, neden ağlıyorsun, ben de ağlayacağım.” Elleriyle yüzünü kapatarak gerçekten ağlamaya başladı. Çocuk başını kaldırdı ve şaşkınlıkla ona baktı. Gözlerinden akan yaşlar yanaklarında dondu.; “Neden ağlıyorsun?”
Kadın ellerini yüzünden çekip çocuğa baktı. Çocuğun siyah gözleri ve siyah kalın saçları vardı. Yüzüne gizemli bir hüzün gizlenmişti. Çocuğun sorusundan hemen önce ikisi birden ayağa kalkıp kumlu elleriyle gözyaşlarını silip gülmeye başladılar.
Kendini toplayıp sordu; “Adın ne oğlum?”
Çocuk bir süre düşündü.
- Nesîmî.
- Nesîmî neden ağlıyorsun?
Çocuk doğruldu, başının üzerindeki kumları okşadı ve konuşmaya başladı.
Adı Nesîmî olan bu çocuk on bir yaşındaydı. Dokuz yaşında bir kız kardeşi ve altı yaşında bir erkek kardeşi vardı. Dedelerinin koruması altındaydılar.
Babaları vatan mücadelelerinde kahramanca şehit düşmüş, buna dayanamayan anneleri ise intihar ederek yaşamına son vermişti.
Nesîmî her gün okula gidiyor, okul çıkışında evlerinin yakınındaki kendi dükkânlarında satıcıya yardımcı oluyordu. Bugün okuldan eve geldiğinde dedesinin hasta olduğunu gördü ve öleceğini düşünerek çok korktu; çünkü onların dedelerinden başka kimseleri yoktu.
Nesîmî 'yi izledi, dikkatle dinledi ve yavaş yavaş kalbindeki karanlık düşüncelerden uzaklaşmaya başladı.
Aniden istemsizce ona Nesîmî adını kimin verdiğini sordu.
Nesimi gülümseyerek şunları söyledi: “Babam, adı Nesîmî olduğu için bana da bu ismi verdi.”
“Ne kadar güzel! İkinizin de adını dahi şair Nesîmî'den aldığınızı biliyor muydunuz?”
“Evet biliyorum" dedi Nesimi ve utançla başını eğdi.
Arkadaş oldular. İkisi de ayağa kalkıp kıyı boyunca ilerlemeye başladılar. Nesîmî çok zeki bir çocuktu.
Konuşurken sanki yaşlı ve bilge bir adam konuşuyormuş gibiydi.
Küçük bir çocuk sayesinde intihar düşüncelerinden tamamen vazgeçmişti.
Bir zamanlar; “Ben hakikatim, hakikat benimledir, ben doğruyu söylüyorum.” diyen ve bu sözleriyle derisi yüzülen Nesîmî ismi, şimdi bir anne olan genç kadını intihar düşüncelerinden caydırmayı başardı.
- Nesîmî 'nin şiirlerini biliyor musun?
- Evet, biliyorum, çok şey biliyorum.
Çocuğun zekâsından etkilendi kadın.
“Bana birkaç şiir okuyabilir misin?”
“Evet.” dedi Nesîmî.
“Bir acayip derde düştüm, herkes gider kârına.
Bugün buldum, bugün yerim; Hak Kerim’dir yarına.
Zerrece tamahım yoktur, şu dünyanın varına.
Rızkımı veren Hüda’dır, kula minnet eylemem”
Nesîmî şiirini bitirdikten sonra şunları söyledi; “Dedem bana hep söyler ‘Oğlum, ne istersen Allah'tan iste, insanlara sorma.”
Nesîmî 'yi hayranlıkla izliyordu. Çocuk çok yetenekli bir çocuktu.
Bir an düşündü; çünkü o kahraman ve vatansever bir şehidin oğlu, Nesîmî gibi bir dedenin torunuydu. Kahraman babaların, Nesîmî gibi kahraman oğulları olur. Hayat var oldukça, insanoğlu yaşadıkça, ne kadar Nesîmî doğacak! Her biri kendi zamanının kahramanı olarak şöyle diyecek; “Bende sığar iki cihan, ben bu cihana sığmazam!”
Türkiye Türkçesi: Hamiyet Su Kopartan