GƏL MƏNİ ÖZÜNƏ ÖYRƏTMƏ DÜNYA / AZERBAYCAN TÜRKÇESİ
Sözün qamçısında əzildim, öldüm,
Sap kimi nazildim, üzüldüm öldüm,
Bəlkə 50 ildi, 100 ildi öldüm,
Gəl məni özünə öyrıtmə, dünya!
Daşını atmışam, sapandı qalıb,
Gör neçə əsrdi, zamandı qalıb,
Yaxşılar sovulub, yamandı qalıb,
Gəl məni özünə öyrətmə, dünya!
Ahım-fəryadımdı, ələmdi yüküm,
Çiynimdə, dağ boyda şələmdi yüküm,
Elə dünya boyda, qələmdi yüküm,
Gəl məni özünə öyrətmə, dünya!
Püskürən vulkanam, odam içimdən,
Gedirəm, adamsız adam içindən,
Məhbusi, bəs nədən yadam içimdən,
Gəl məni özünə öyrətmə, dünya!..
***
GEL BANA KENDİNİ ÖĞRETME DÜNYA
Sözün kamçısında ezildim, öldüm.
Sap gibi düştüm de üzüldüm, öldüm.
Belki 50 yıldı, 100 yıldı; öldüm.
Gel, bana kendini öğretme dünya!
Taşını atmışım, sapandı kalan.
Gör; nasıl asır, zamandı kalan;
İyiler soğudu, kötüydü kalan,
Gel, bana kendini öğretme dünya!
Âhım feryadımdı, elemdi yüküm,
Omzumda dağ boyda hüzündü yüküm,
Bundan, dünya boyda kalemdi yüküm;
Gel, bana kendini öğretme dünya!
Püsküren volkanım, odum içimden,
Giderim, adamsız adam içinden,
Mahbusî yeter, neden yâdım içimden?
Gel, bana kendini öğretme dünya!

Editör / Türkiye Türkçesi: Hamiyet Su Kopartan













































