AZERİCE - TÜRKÇE ÖYKÜ
Giriş Tarihi : 12-09-2022 22:41   Güncelleme : 14-09-2022 23:03

Qaranlığı Yazanın Gecəsi.../ Karanlığı Yazanın Gecesi...

Azerice Yazan -HABİL YAŞAR / QARANLIĞI YAZANIN GECƏSİ...  Türkçe Çeviri: Gülzar Ahmedova / KARANLIĞI YAZANIN GECESİ 

Qaranlığı Yazanın Gecəsi.../ Karanlığı Yazanın Gecesi...

QARANLIĞI YAZANIN GECƏSİ...     

Ax, o qədər yorulmuşam ki...Qələmi sındırıb, kağızı da cırmaq istəyirəm. Ax, deyəsən həqiqətən yorulmuşam, özü də lap çox. Yorulmaq nədir ki... Ondan da betər olmuşam. Usanmışam, bezmişəm, lap cana gəlmişəm.   

Bir qədər köks ötürdükdən sonra:
İlahi, gör nə qədər havalanmışam ki, kompüter qarşımda dura-dura yazıq qələm-kağızı danlayıram. Axı çoxdandır kompüterlə yazdığımı da unutmuşam. Bunu bildiyim halda nədən qələm-kağızı günahlandırdım ki...Xeyr, onların zərrə qədər də günahı yoxdur. Günahkar, bəli, günahkar məhz kompüterdir. Ax səni kompüter, insan icadı olmağına baxmayaraq, deyəsən yavaş-yavaş insanı da üstələməkdəsən. Üstələ, üstələ görək axırda nə edəcəksən. Ya sonumuza çıxacaqsan, ya da sən də biz insanlar kimi, özün-özündən yorulacaqsan və günlərin birində kompüteri yaratdıqları  üçün biz insanları danlayacaqsan, necə ki, biz də bəxtimizdən şikayət edib, bizi yaradanı, yəni Allahı müqəssir bilirik. Ax, qarışdırdım, hər şeyi bir-birinə o qədər dolaşdırdım ki, lap həftəbecər elədim. İndi mən yazmaq istəyərkən kompüterin nə günahı var ki...Ey qələm-kağız və ey kompüter, hər birinizdən dönə-dönə üzr istəyirəm. Günahkar, bəli, əsl günahkar elə mən özüməm. Bəli, mən günahkaram, özü də xalisindən. 1.4 kqlıq beynimi o qədər yükləmişəm ki, milyon, bəlkə də milyard kompüter ola bu yükü üzərinə götürə bilməz, error verərək fəaliyyətini dayandıra bilər. Ah, nə isə, yaman çox zəvzəklədim. Axı mən yazmalıyam. Gecənin bir aləmi (kompüterində saat 00:25 göstərir) yuxuma haram qatmağımın səbəbi yazmaq deyilmi... Elə isə yazmağı bir kənara qoyub nədən başqa şeylər haqqında düşünürəm... Nə isə, başladım yazmağa. Ya Allah.   

Ya Allah demişkən, bir şey yadıma düşdü. Ah, yenə fikrimi dağıdacağam deyəsən. Hə harda qalmışdım?... Ya Allah demişkən, görəsən ateistlər yazarkən və ya hər hansı bir işə başlayarkən “Ya Allah” yerinə hansı ifadəni işlədirlər. Yəqin ki, “başladıq” deyərək başlayırlar işə. Amma... Amma nə? Yenə ağlıma bir şey gəldi. Ax mən bu cızmaqaramı nə zaman yazacağam görəsən... İllər qabaq bir ateistlə avtomobilə əyləşərkən onun “Ya Allah” deyərək sükana əyləşdiyinin özüm şahidiyəm axı. O zaman nə qədər təəccüblənmişdimsə hal-hazırda da onun təsirindən çıxa bilmirəm. Bu necə ola bilər və ya bu qədər ziddiyyət ola bilərmi? Bu dünyada hər hansı bir ateistdən “Ya Allah” sözünü eşitmək qədər qəribə nəsə ola bilərmi? Zənn etmirəm. Ax nə isə, digərlərinin nə düşünüb-düşünmədiyi nəyimə gərək. Mən öz yazımı yazmağa çalışmalıyam. Vaxt gedir, vədə gedir. Hələ istədiklərimə tam olaraq nail ola bilməmişəm. Hər saniyəmin qızıl dəyərində olduğunu bildiyim halda mümkünsüzləri mümkün etmək haqqında düşünməyimin mənə nə faydası. Onsuz dünya yaranan gündən yaxşı ya pis öz axarıyla getmirmi...Kim onu dəyişməyi bacarıb ki, mənmi onu dəyişə biləm... Əlbəttə, bu mənim başım üçün deyil. Onda nədən vaxtımın itirilməsinə yol verirəm. Ya Allah başladım. 

Toparlanıb yazmağa başlayarkən:
 Ax bu Nazim. Zəng etməyə vaxt tapdın da. 
-Alo! 
...
-Hə bildim, necəsən? 
...
-Hal-hazırda yazmaqla məşğulam.
...
Yox, bu nə sözdü, xoşdu qardaş.
...
Hə, saat 5 üçün olacam “Aygün city” nin qarşısında.
...
Görüşərik, hələlik.
...  

Ax, on dəqiqədir oturmuşam kompüterin qarşısında. Allahın bir cümləsini, nəinki cümləsini hətta bir sözünü də yaza bilməmişəm. Fikrim elə dağda, aranda. Üstəlik də bu zəng. Heç hənanın  yeri idi. Mərdimazara lənət. Əstafurullah. Öz yaxın dostuma gör nə deyirəm da. Şeytana lənət. Hə lənət olsun şeytana. Odur mənim düşüncələrimi dolaşıq salaraq yazmağa qoymayan. 

Azacıq sükutdan sonra:
Şeytan demişkən. Görəsən, o hal-hazırda məni görürmü? Hərəkətlərimi izləyə bilirmi?. Bəlkə də görməyinə görür. Yaxşı bəs, düşüncələrimi oxuya bilirmi? Ax, deyəsən dəli oluram. Əşi şeytanın məni görüb-görməməyi nəyimə lazım. Adama deyərlər ki, a bala otur yazını yaz da, sənin şeytanla nə işin.

Yoxsa şeytanla alış verişin var. Beynimi vurub dağıtmaq istəyirəm, olmayan beynimi. Amma yazmaq üçün beyin lazımdır axı. Axı yazmaq mənim ən böyük ehtirasımdır. Offf...Yenə qatıb-qarışdırdım.

Gah beynimi dağıtmaq istəyirəm, gah da yazmaq. Yox, yox qoy yazım. Beynimi sonra da dağıda bilərəm. Bir də ki, beynimi dağıtmaqla nə düzələcək ki... Zaman yenə su kimi axacaq, dünya da öz ətrafında həmişəki kimi fırlanacaq. Ara yerdə özümü məhv edəcəyəm. Onsuz da məhv olmuş kimiyəm. Amma indi bu müzakirələrin yeri deyil. Şeytana lənət. Yazmağa davam.

Bir qədər sükutdan sonra “Word” də ilk söz olaraq “Qaranlıqdayam” yazılmasına rəğmən...

Qaranlıq demişkən...Bir az qaranlıqdan qorxuram axı, bəlkə də bir az yox, normadan  daha çox.  Bəzən qışqıraraq yuxudan qan-tər içində oyanır və  bəzən də yuxuyla-oyanıqlıq arasında iflic vəziyyətində qalıram. Hətta bir dəfə qapqara geyinmiş çarşablı qadın gecədən səhərə kimi qapının yanında dayanaraq düz gözlərimin içinə baxırdı. Qorxudan hərəkət etmək bir yana, heç səsimi də çıxara bilmədim ki, evdəkilər eşidərək məni bu gorbagordan xilas etsinlər. Çünki, işıqlar yandırılsa çox güman ki, bu zibildən qurtula bilərdim. Bu qarabasmalar məndən nə istəyir axı...Araşdırmalara görə, qarabasmalardan daha çox stress keçirən insanlar əziyyət çəkir. O ki, qaldı, mənim kimi biri ola.     

Bir neçə saniyə keçmiş:
-Eşitdiyimə görə cinlər gecələr daha fəal olurlar, xüsusən də 2-4 arası. Gecələr yatarkən ayaqlarımı yorğandan çölə çıxara bilmirəm, daha çox da evdə tək olduğum zamanlar. Hətta, bəzən bütün otaqların işığını yandırıb yatmağa çalışsam da qara fikirləri beynimdən çıxara bilmirəm. Elə bilirəm, cin və ya kabus, xülasə siz nə düşünürsünüz düşünün, hər hansı bir şey bu dəqiqə ayaqlarımdan tutub məni evboyu sürüyəcək-sürüyəcək, axırda da məni götürüb doqquzuncu mərtəbədən yerə vıyıldadacaq. Hər şey bununla bitsə mənim üçün daha da rahat olardı. Çünki, daha dəhşətli şeylərə beynim ssenarilər qurur. Özü də daha betərindən.

Cin və ya kabus, və bəlkə də hər hansı bir bədniyyətli ruh, məni saçımdan sürükləyərək hamama gətirib ayağa qaldıraraq başımı güzgüyə çırpır. Güzgünün sınması cəhənnəm, üzüm-gözüm qan içində və azacıq sonra başımı vannanın içinə salmağa başlayır. Vanna ağzına kimi qan içində.

Boğsaydı öldürüb canımı qurtarardı və mənə yaxşılıq etmiş olardı. Amma nə boğmaq. O hələ bu mənzərəni daha da dramatikləşdirərək zövq almaq niyyətindədir. Sonra məni hamamdan çıxarıb tualetə apararaq başımı unitaza soxmaqdadır. Murdar sudan bir xeyli mənə içizdirərək başımı bir neçə dəfə divara çırpmaqdadır. Divarlara sıçramış qan qorxu filmlərindəki əcaib səhnələri xatırlatmaqdadır.

Sanki, divarlarda qanla “ölüm” yazılmaqdadır.  Səsi qonşular eşidə bilərdi, amma tərslikdən ən yaxın  qonşular bir neçə gün öncə evdən getmişdilər. Sanki, olacaqlardan xəbərdar imişcəsinə. Bəs niyə mənə deməmişdilər? Ax sizi xainlər. Düşünmək qabiliyyətimin tamamilə  itməməsindən bir anlıq haqsız yerə qonşuların günahını yumağımdan utandım. Axı onlar olacaqları haradan biləydilər və ya bilib nə edə biləcəkdilər ki...Kim bu ifritlə mübarizə aparmağa özündə güc tapa bilərdi... Əlbəttə, heç kim. Nə isə, harada qalmışdım. Bəlkə heç ardını davam etməyim və bəlkə davam edim. İki od arasında qalmışam vallah. Axı mən yazı yazmalıyam. Bu nə qaranlıq düşüncələrdir yenidən yaxaladı məni.  Yox heç nəyə baxmayaraq davam edəcəyəm. Hə burda qalmışdım axı. Murdar sudan bir xeyli mənə içizdirərək başımı bir neçə dəfə divara çırpdıqdan sonra  məni sürüyərək mətbəxə aparıb başımı yanmaqda olan qazın üzərinə yaxınlaşdırdı. Dərim əriyərək ətrafa süzülməkdə idi.  Amma son nəfəsimi verməyənə kimi  bu əzabları yaşamalı, baş verənləri müşahidə etməli idim.

Çünki, Əzrayıl adlandırdığımız ölüm mələyi hələ gəlib çıxmamışdı. Deyəsən onun da bu mənzərəyə tamaşa etməkdən xoşu gəlirdi, özü də adını mələk qoyub. Həm də onu niyə qınayım ki, zatən adı üstündə “ölüm mələyi” deyilmi?  Bu mənzərəyə şahid olan bir Əzrayıl olacaqdı. Yox unutdum, əstafurullah, bir də ki, Allah. Ax Allah, bu bəlanı sən mənə necə qıydın? Offffff deyəsən dindən-imandan çıxıram. Yavaş-yavaş mürtədə çevrilirəm. Allah bağışla məni! Bağışla məni Allah! Məni bağışla ki, mən də səni bağışlayım. Çəkdiyim bu əzabları taleyimə sən yazmamısanmı? Cinləri, şeytanları, ruhları, kabusları sən yaratmamısanmı? Yaratdıqlarından daha çox səndən inciyirəm Allah. Offff, gör mən nələr danışıram, nələr düşünürəm Allah. Xətasız qul olmaz. Allah bağışla məni! Bağışla məni Allah! İllər öncə yazdığım bir şeirdən bu misralar indi necə də yerinə düşür:                        

Nədir bu qaranlıq? nədir bu zülmət?
Varmı bu dəhşətin sonu ilahi?
Canı sən vermisən, sənə əmanət,
Qoru qaranlıqdan onu ilahi!

Ax,  qaranlığı yazmaqdaykən haradan gəldi beynimə bu yarı sərsəm, yarı həqiqətin özü olan fikirlər. 

Bəlkə heç bu haqda yazmayım. Başqa maraqlı bir mövzu daha gözəl olmazmı... Yox. Elə əsas qorxduğum şeylərdən yazmaq arzusunda deyildimmi...Bu yaxşı mövzu ola bilər. Elə isə mövzunu əsla dəyişməyim.   

Kompüterin enerjisi də bitmək üzrədir. 3 faiz qalıb. Görəsən adaptrı hara qoymuşam.  Ax, bayaqdan hər şeyi fikirləşirəm, xəyallarımla kainatı fəth edirəm amma gözümün qarşısındakı adaptrı görməyəcək qədər kor olduğumundan xəbərsizəm. 
Adaptr sayğaca qoşulduqdan bir az sonra “facebooka” ismarıc gəlir:
 -“Qardaş hələ yatmamısan? Saat dördə işləyir”
 -Bir buna deyən lazımdır ki, a zalım balası bəs özün neyçün yatmamısan...Deyən lazımdır deyəndə ki, niyə də özüm yazmayım ki...

O, da eyni sualla ismarıc yazaraq göndərir. Unutmayaq ki, o yazanda da, yazmayanda da həmişə facebook səhifəsi “online” olur.
-Nə isə yenə də mərdimazara...Bir az fikirləşdikdən sonra: 

Dörd saatdan çoxdur ki, sadəcə bir söz yazmışam-“Qaranlıqdayam”. Belə getsə deyəsən heç nə yaza bilməyəcəyəm. Səhər açılmamış soruşacaqlar ki, nə oldu bir şey yaza bildin? “Hə” desəm onsuz da oxumayacaqlar. “Yox” desəm bəs niyə gecədən səhərə kimi dəli kimi otururdun? Heç olmasa başqa bir iş görəydin”-deyəcəklər. Daha nə bilsinlər yazmağın necə mürəkkəb bir proses olduğunu. Bir cümləni yazmaq  üçün bir gecənin nə qədər qısa və bəlkə də, məsələn, bir romanı  yazmağın bir ömrü yaşamaqdan daha çətin olduğunu, hardan bilsinlər. Onsuz da bilməyəcəklər.

Bilməyəcəkləri, anlamayacaqları bir şeyi sübut etməyə çalışmağın nə faydası. Bohemada¹ yaşamağı o qədər arzulamışam ki...Şairlərin, rəssamların ümumiyyətlə sənət adamlarının məskunlaşdığı bir məkanda yaşamaq. Onlar da səni anlamasa o zaman kimlər anlayacaq ki... Bəlkə də ətrafımda məni anlayacaq biriləri vardır, amma o birilərini kəşf etmək üçün bəlkə də bir ömür kifayət etməyə bilər. Bu səbəbdəndir ki, Bohema arzularım arzu olaraq qalmaqdadır. Çox təəssüf... Amma saatlar gəlib keçməkdədir. Qarışıq düşüncələrin əlindən “Qaranlıqdayam” sözündən başqa heç nə yazılmamaqdadır. Amma nəzərə alsaq ki, bir tək “qaranlıqdayam” sözünün özü belə böyük bir məna kəsb edir. O zaman heç nə yaza bilməmişəm sözünün özü belə haqsızlıq sayılmazmı. Doğru olmağına doğrudur. Amma söhbət hansı qaranlıqdan gedir onu oxuculara əsaslandırmalı, bir səhifə də olsun nəsə bir şey yazmalıyam. Əks halda, “qaranlıqdayam” sözü nəinki oxuculara, hətta özümə belə həmişə  qaranlıqda qalacaq. Bu qaranlığı yarmaq üçün kiçik bir hekayə belə yetər.

Kiçik şeylərin çox zaman böyük iztirablardan doğduğunun fərqindəsinizmi?    

Düşüncələrlə keçən bir saatdan sonra bayırdan sübh azanı eşidilməkdədir. O, da:
-Bəli, Allah böyükdür. Bizim dərk edə bilməyəcəyimiz qədər böyük. Elə isə nədən  ikinci cümləni “Allah böyükdür” olaraq yazmayım. Bundan gözəl söz varmı...O zaman bu sözü mütləq yazmalıyam. Bax bu da  iki cümlə...”Qaranlıqdayam. Allah böyükdür”.  Bəs növbəti cümlə necə yazılmalıdır? Ah mən necə də səfehəm. Səfehin ta yekəsiyəm. Bax bu da növbəti,  üçüncü cümlə: “Qaranlıqdan Allahın böyüklüyünə sığınıram”.    

Və beləcə “Qaranlıqdan Allaha sığınanlar” adlı altı səhifəlik bir  hekayə günəş doğmaqda olarkən tamamlanmış oldu.                         

***

KARANLIĞI YAZANIN GECESİ...

Ah, çok yorgunum!..

Kalemimi kırıp kağıdı yırtmak istiyorum. Ah, sanırım gerçekten yorgunum, gerçekten yorğunum!
Yorgunluk nedir? Ben bundan daha beterdim. Yoruldum bıktım, bıktım. Biraz dinlendikten sonra:
Tanrım, bilgisayarın önünde zavallı kalem ve kağıdı sürekli azarladığım için ne kadar heyecanlandığıma bakın. Sonuçta, uzun zaman önce bir bilgisayarla yazdığımı unuttum. Bunu bilerek, neden kalemi ve kağıtı suçladım? Hayır, hiç de suçlu değiller. Suçlu, evet, suçlu bilgisayar.

Ah, sen bir bilgisayarsın, insan icadı olmana rağmen, yavaş yavaş insanı aşıyorsun. Bakalım sonunda ne yapacaksın. Ya sonunuz bizimle olacak ya da biz insanlar gibi kendinizden bıkacaksınız ve bir gün biz insanları bilgisayarı yarattığımız için suçlayacaksınız, tıpkı bizim şansımızdan şikâyet edip yaratıcımızı, yani Allah'ı suçladığımız gibi. Ah, her şeyi berbat ettim. Şimdi, yazmaya çalıştığımda bilgisayarın nesi var? Ah kalem kağıt ve bilgisayar, hepinizden tekrar tekrar özür dilerim. Suçlu, evet, asıl suçlu benim. Evet, elbette suçluyum. 1.4 kg beynime o kadar yüklendim ki bir milyon, belki bir milyar bilgisayar bile bu yükü kaldıramaz, hata vererek çalışmayı bırakabilir. Ah, pek çok sorun yaşadım. Sonuçta yazmak zorundayım. Bütün gece uykumu haram etmemin sebebi yazmak değil mi? Bilgisayarımın saati de 00:25 gösteriyor. O yüzden yazmayı bir kenara bırakıp başka şeyler düşünüyorum...

Neyse, yazmaya başladım.
Aman Tanrım!

Aman Tanrım bir şey hatırladım! Ah, sanırım yine aklımı kaybedeceğim!  Ah, ben neredeyim? Tanrı'dan bahsetmişken ateistlerin yazarken veya herhangi bir işe başlarken  "Tanrı" yerine hangi ifadeyi kullandıklarını merak ediyorum. Muhtemelen "başladım" diyerek işe başlıyorlar. Ama... Ama ne? Aklıma yine bir şey geldi. Ah, bu skeci ne zaman yazacağımı merak ediyorum... Yıllar önce bir areistle arabada otururken direksiyona oturup "Aman Tanrım!" dediğine bizzat şahit olmuştum. O zaman ne kadar şaşırsam da şimdi bile etkisinden kaçamıyorum. Bu nasıl olabilir veya bu kadar çok çelişki olabilir mi? Bir ateistten "Ya Allah" kelimesini duymak kadar garip bir şey olabilir mi bu dünyada? Öyle düşünüyorum. Başkalarının ne düşündüğü umurumda değil. Kendi yazımı yazmaya çalışmalıyım. Zaman geçer, söz geçer. Hâlâ tam olarak istediğime ulaşamadım. Her saniyenin altın değerinde olduğunu bilirken imkânsızı mümkün kılmayı düşünmek bana ne iyi gelir. O olmadan dünya kendi yolunda gitmez mi, iyisiyle, kötüsüyle...

Kim değiştirmeyi başarır ki ben de değiştirebileyim. Tabii ki bana göre değil. Öyleyse neden zamanımı boşa harcıyorum? Aman Tanrım, başladım.
 Kendimi toplayıp yazmaya başladığımda:
Ah bu Nazım! Aramak için nasıl zaman bulur.
-Merhaba
...
-Evet, biliyorum, nasılsın?
- Şu anda yazmakla meşgulüm.
-Hayır ne güzel söz kardeşim.
-Evet, saat 5'te "Aygün City" önünde olacağım.
-Şimdilik görüşürüz.
Oh, on dakikadır bilgisayarın başında oturuyorum!
Tanrı'nın tek bir cümlesini sadece bir cümleyi değil, tek bir kelimeyi bile yazamadım. Aklım dağda, çölde. Üstelik bu çağrı. Burası Hana'nın yeriydi.
Mardimazar'ın Laneti. Estağfurullah. Yakın arkadaşıma ne dediğime bak. Lanet olsun şeytana. Allah kahretsin. Düşüncelerimi karıştıran  ve yazmama izin vermeyen o.
 Kısa bir sessizlikten zonra: Şeytandan bahsetmişken. 

Şu an beni görüp görmediğini merak ediyorum. Hareketlerimi takip edebilir mi? Belki görür. Peki, aklımı okuyabilir mi? Ah, sanırım delireceğim. Şeytanın beni görüp görememesi umurumda değil. Adama derler, otur yaz şeytanla ne işin var? Ya da şeytanla bir pazarlığınız var. Beynimi, var olmayan beynimi, yok etmek istiyorum. Ama yazmak için bir beyne ihtiyacın var. Sonuçta yazmak en büyük tutkum. Offf! Yine karıştırdım. Bazen aklımı kaybetmek istiyordum bazen yazmak istiyorum. Hayır, hayır, yazmama izin ver. Daha sonra aklımı uçurabilirim. Bir de beynimi yok ederek ne düzelecek? Zaman yine şu gibi akacak ve dünya her zamanki gibi kendi etrafında dönecek. Arada bir kendimi yok edeceğim. Ben zaten mahvoldum. Ama şimdi bu tartışmaların yeri değil. Lanet olsun şeytana. Yazmaya devam et. 

Biraz sessizlikten sonra, "Karanlıktayım" ilk kelime olarak "Kelime" olarak yazılmasına rağmen... 
 Karanlıktan bahsetmişken... Karanlıktan biraz korkuyorum, belki biraz değil ama normalden fazla. Bazen çığlık atarak uyanıyorum ve ter içinde, bazen uyku ile uyanıklık arasında felç oluyorum. Hatta bir keresinde siyahlar içinde çarşaflı bir kadın durmuş, gözlerimin içine bakıyordu. Hareket etmekten korkmak dışında ses bile çıkaramıyordum çünkü evdekiler beni duysun ve beni bu gorbagordan kurtarsın diye. Çünkü ışıklar açık olsaydı, muhtemelen bu çöpten kurtulabilirdim. Bu kabuslar benden ne istiyor?

Araştırmalara göre stresli insanlar daha çok kabus görüyor. Geriye sadece benim gibi biri olmak kaldı. Bir kaç saniye geçti. İblislerin geceleri daha aktif olduğunu duydum, özellikle 2 ile 4 arasında. Özellikle evde yalnızken geceleri uyurken bacaklarımı yorgandan çıkaramıyorum. 

Bütün odaların ışıklarını açıp uyumaya çalışsam bile karanlık düşünceleri kafamdan atamıyorum. Biliyorum, bir iblis ya da hayalet, kısacası, ne düşünürsen düşün, her şey beni bacaklarımdan tutup evin içinde sürükleyecek ve sonunda  alıp dokuzuncu kattan fırlatacak. 

Her şey orada biterse benim için daha uygun olur. Çünkü zihnim daha korkunç şeyler için senaryolar yaratıyor. Daha da kötüsü. Bir iblis ya da hayalet  belki de kötü niyetli bir ruh beni saçlarımdan tutup banyoya sürükleyip ayağa kalkmamı ve başımı aynaya çarpmamı sağlıyor. Aynayı kırıyor, cehennem gibi yüzüm ve gözlerim kan içinde ve biraz sonra kafamı küvete sokmaya başlıyor.

Küvet kanla kaplanıyor. Eğer boğulursam ölürüm.  Ölmekle  hayatım kurtulur ve bana bir iyilik yapardı. Ama ne boğmadı.Hâlâ daha dramatik hale getirerek bu sahneden keyif almaya niyetli. 

Sonra beni banyodan çıkarıp tuvalete götürüyor, kafamı klozete koyuyor. Bana çok kirli su içiriyor ve kafamı birkaç kez duvara vuruyor. 

Duvarlara sıçrayan kan, korku filmlerindeki tuhaf sahneleri hatırlatıyor. Sanki duvarlarda kanla "ölüm" yazıyor. 

Komşular sesi duyabilir ama ne yazık ki en yakın komşular birkaç gün önce evi terk etmişti. Sanki olacakları biliyormuş gibi. 

Neden bana söylemediler? Ey hainler. Bir an için, düşünme yeteneğimi tamamen kaybettim. Komşularımı haksız yere suçladığım için utandım. Ne de olsa ne olacağını nereden bilebilirlerdi ya da bilselerdi ne yapabilirlerdi?. 

Kimin bu cadıyla savaşacak gücü olabileceğini nereden bilirler. Elbette hiç kimse. Her neyse, neredeydim? Belki devam etmemeliyim ve belki de devam edeceğim. İki ateş arasında kaldım.

Sonuçta yazmak zorundayım. Beni tekrar yakalayan bu karanlık düşünceler de ne? Hayır, ne olursa olsun devam edeceğim. Evet, burada kaldım. 

Bana bir sürü kirli su içirdikten ve kafamı birkaç kez duvara vurduktan sonra beni mutfağa sürükledi ve kafamı yanan gaza yaklaştırdı. Cildim eriyor ve yanıyordu. Ama bu acıları yaşamam ve son nefesime kadar neler olduğunu gözlemlemem gerekiyordu. 

Çünkü Azrail dediğimiz ölüm meleği henüz gelmemişti. Görünüşe göre o da bu sahneyi izlemeyi seviyordu ve kendisi ona bir melek adını verdi. Ayrıca, onun adına "ölüm meleği" değilse neden onu suçlayayım? Bu sahneye şahit olan bir Azrail olurdu. Hayır, unuttum, Estağfurullah!  Allah'ım bu belayı bana nasıl yaşattın? Offffff, sanırım inancımdan çıkıyorum. Yavaş yavaş mürted oluyorum. Allah' ım beni affet! Allah' ım beni affet! Beni affet ki seni affedebileyim. Bu acıları kaderime sen yazmadın mı?

Allah'ım, onların yarattıklarından daha çok kırgınım sana. Offff, neden bahsettiğime bak, ne düşünüyorum, Allah'ım hatasız kul yoktur. Allah'ım beni affet! Allah'ım beni affet! Yıllar önce yazdığım bir şiirden şu satırlar şimdi çok uygun:

Bu karanlık nedir? Bu karanlık nedir? Bu dehşetin ilahi bir sonu var mı? Canını verdin, sana emanet, Tanrı onu karanlıktan korusun! Ah, karanlığı yazarken, bu yarı çılgın, yarı gerçek düşünceler nereden geldi aklıma? Belki de bunun hakkında yazmamalıyım. Başka bir ilginç konu daha iyi olmaz mıydı?. Hayır. Temel korkularım hakkında yazmak istemedim mi?. Bu iyi bir konu olabilir. O yüzden konuyu asla değiştirmem. 

Bilgisayarın da gücü bitmek üzere. Yüzde 3 kaldı. Adaptörü nereye koyduğumu merak ediyorum. Ah, uzun zamandır her şeyi düşünüyorum, hayallerimle evreni fethediyorum ama adaptörü gözümün önünde göremeyecek kadar kör müyüm bilmiyorum. 

Adaptör sayaca bağlandıktan kısa bir süre sonra Facebook'a bir mesaj gelir: 
"Kardeşim, sen hala uyumadın mı?" Saat dörtte çalışır birinin bana neden uyumadığını söylemesine ihtiyacım var. 

Seni zalim çocuk... Bana bunu neden yazmamam gerektiğini söyleyecek birine ihtiyacım var... Aynı soruyla bir mesaj gönderir. Facebook sayfasının yazsa da yazmasa da her zaman "çevrimiçi" olduğunu unutmayalım.  Her neyse, Mardimazara'ya..Bir süre düşündükten sonra dört saatten fazla bir süredir sadece bir kelime yazdım "Karanlıktayım". Böyle giderse bir şey yazamayacağım gibi görünüyor. Sabah ne oldu diye soracaklar, bir şeyler yazabildiniz mi? "Evet" dersem zaten okumazlar. "Hayır" dediysem neden geceden sabaha kadar deli gibi oturdun? En azından başka bir şey yapmalıydın," diyecekler. Yazmanın karmaşık bir süreç olduğunu başka ne biliyorlar? Bir cümle yazmak için bir gecenin ne kadar kısa olduğunu ve bir roman yazmanın bir ömür yaşamaktan ne kadar zor olduğunu nereden biliyorlar? Nasılsa bilmeyecekler. Bilmeyecekleri veya anlamayacakları bir şeyi kanıtlamaya çalışmanın ne anlamı var? Bohemya'da yaşamayı o kadar çok istiyordum ki... Şairlerin, sanatçıların ve genel olarak sanatçıların yaşadığı bir yerde yaşamak. Seni anlamıyorsa kim anlayacak... Belki çevremde beni anlayacak insanlar vardır ama belki bir ömür yetmez onları keşfetmeye. Bu yüzden Bohemya hayallerim hayal olarak kalıyor. Ne yazık ki...

Ama saatler gelip geçiyor. Karmaşık düşüncelerin elinden "Karanlıktayım" kelimesinden başka bir şey yazılmaz. Ama "Karanlıktayım" kelimesinin kendisinin de çok büyük bir anlamı olduğunu hesaba katarsak. O zamanlar hiçbir şey yazamadım sözü bile haksızlık sayılmaz mı? Bu doğru. Ama nasıl bir karanlıktan bahsettiğimizi okuyuculara anlatmak zorundayım, bir şeyler yazmalıyım, bir sayfa bile. Yoksa karanlıktayım sözü sadece okurlar için değil, kendim için de hep karanlıkta kalacaktır. 

Küçücük bir hikaye bile bu karanlığı kırmaya yeter. Küçük şeylerin çoğu zaman büyük acılara yol açtığının farkında mısınız? Düşüncelerle geçen bir saatin ardından dışarıda sabah ezanı duyulur. O da Evet, Allah büyüktür. Anlayabileceğimizden daha büyük. O halde neden ikinci cümleyi "Allah büyüktür" olarak yazmıyorum. Daha iyi bir kelime var mı?.. O halde bu kelimeyi yazmalıyım. İşte iki cümle..."Karanlıktayım. Allah büyüktür".

Ama bir sonraki cümle nasıl yazılmalı? Ah, ne kadar aptalım. Ben tamamen aptalım. İşte bir sonraki üçüncü cümle: "Karanlıklardan Allah'ın büyüklüğüne sığınırım." Böylece Güneş doğarken "Karanlıktan Allah'a Sığınır" adlı altı sayfalık bir hikaye tamamlanmış oldu.

Truva Edebiyat Dergisi Truva Edebiyat Dergisi