QADINLAR / AZERBAYCAN TÜRKÇESİ
Bir mələk kimi gələr dünyaya
Bənzədərlər göydəki ulduza aya
Qızlar bulağından, su içən qızlar
Gəncliyin yaşamadan olar qadınlar
Həyatı dərk etmədən, gəlin köçərlər
Qurulan ailəni evcik bilərlər
Özləri uşaqkən ana olarlar
Talehi kəm - kəsir olan qadınlar
Gecələri yatmaz, yuxusuz qalar
Körpə balasına laylalar çalar
Bəzən kövrəlib özləri ağlar
Həyatı nisgilli keçən qadınlar
Axşam işdən evə, yorğun gələrlər
Dadlı yemək bişirib süfrə sərərlər
Evini müqəddəs məbəd sanarlar
Ailənin qayğısını çəkər qadınlar
Onların istəyi bir az sevgidir
İsti bir yuvadır bir az ilgidir
Aylar ötər illər belə dolanar
Arzusu ürəyində qalan qadınlar
Zaman sürrətlə ötüb tez keçir
Hərənin ömründən bir il pay çəkir
Əhdə vəfasız olur bəzən adamlar
Həyatın əzabın çəkir qadınlar
***
KADINLAR
Bir melek gibi gelir dünyaya,
Benzetirler gökteki yıldıza, aya,
Kızlar deresinden su içen kızlar,
Gençliğini yaşamadan olur kadınlar.
Hayatı anlamadan, gelin giderler,
Kurulan aileyi evcilik oyunu bilirler,
Kendileri çocukken anne olurlar,
Talihi yarım kalan kadınlar.
Geceleri yatmaz, uykusuz kalır,
Küçük bebeğine ninniler söyler,
Bazen duygulanıp kendisi ağlar,
Hayatı mutsuz geçen kadınlar.
Akşam işten eve yorgun gelirler,
Lezzetli yemek pişirip sofra kurarlar,
Evini kutsal mabet sanırlar,
Ailenin tasasını çeken kadınlar.
Onların isteği biraz sevgidir,
Sıcak bir yuvadır, biraz ilgidir,
Aylar geçer, yıllar böyle sürer,
Arzusu yüreğinde kalan kadınlar.
Zaman süratle geçer, yarışır,
Herkesin ömründen bir pay gider,
Ahde vefasız olur bazen insanlar,
Hayatın azabını çeker kadınlar.
Türkiye Türkçesi - Editör: Deniz İmre














































