DENEME
Giriş Tarihi : 05-04-2024 22:48   Güncelleme : 05-04-2024 23:03

Ölüm - Əcəl Zəngi / Habil Yashar -Azerbaycan ve Türkiye Türkçesi

Yazan: Habil Yashar -ÖLÜM / ƏCƏL ZƏNGİ - ÖLÜM / ECEL ÇAĞRISI - TÜRKİYE TÜRKÇESİ  AZERBAYCAN & TÜRKİYE TÜRKÇESİ

Ölüm - Əcəl Zəngi / Habil Yashar -Azerbaycan ve Türkiye Türkçesi

ÖLÜM / ƏCƏL ZəNGİ - AZERBAYCAN TÜRKÇESİ

Ölüm… hər bir şeyin süquta uğrayacağı bir proses, fanilikdən əbədiliyə qovuşmanın başlanğıç nöqtəsi.

O nöqtə ki, hər bir canlının taleyinə yazılan və pozulması qeyri-mümkün olan bir nöqtə.

Yaradılmışların hər biri elə yarandığı dövrdən etibarən ona doğru gedir, yolun o biri tərəfində ölüm gözləyir hər kəsi.

Ondan qurtulmaq mümkün olmadığı kimi, onun haqqında düşünməmək belə mümkün deyildir.

Elə bir canlı, hər hansı bir fərd tapa bilməzsən ki, ölümün varlığını bilə-bilə onun haqqında bir anlıq belə fikirləşməsin, düşünməsin “ölüm” adlı bir sonluğun mövcudluğunu.

Axı necə, necə ola bilir ki, insan oğlu bu qara qüvvənin varlığını dərk edə-edə ona biganə qalır, onu bir ömür boyu iztiraba döndərib özünə əzab vermir, istər az, istər çox, istər kədərli, istər sevincli yaşamaq istəyir, ancaq yaşamaq.

Əcəl qapımızı döydüyü zaman insan üçün bir saniyə belə yüz illər qədər qiymətli və heç bir ölçüyə gəlməyəcək qədər şirin və əlçatmazdır.

Nədəndir bu təzadın sirri görəsən, nədəndir ölümün bizə hər an, hər saniyə yaxınlaşdığını duya-duya, yaşamaq, yaratmaq, bir sözlə bizə verilən bu ömür payının heç bitməsini istəməyərək yaşamaq marağı, yaşamaq arzusu?

Bir dəfə gəlir dünyaya insan və bu gün bir daha heç bir zaman təkrarlanmayacaq. Əvəzedilməzdir bu gün.

Ondan başqa hər şey təkrarlanacaq. Ad günləri, bayramlar, işləmək, xülasə, eyni sevinc, eyni kədərlər. Ancaq bir şey təkrarlanmayacaq, yalnız bir şey… doğum günü.

Bu gün həyat yolunda bizə verilən ən böyük, ən şirin ərmağandır. Acısı, qəmi olmağına rəğmən, kim doyub ki ondan.

Bu gözəllikdən danışılan zaman bir məfhumun xəyala gətirilib, göz önündə azacıq canlanması belə yaradılışın qəlbini titrədir, onun cismini qan-tərə qərq edir, həyəcanlandırır.

Bu məfhum ölümdür. Ölümdən öncə əcəl döyür qapımızı, əcəl zənginin sədası gəlir qulaqlarımıza.

O, bizlərdən, özümüzdən asılı olmayaraq, elə zamanda yaxamızdan tuta bilər ki, nə bilim, ən sevimli çağımızda sevincimizi burnumuzdan gətirər, bizi bədbəxtliyə düçar edə bilər.

Ruhumuzun dərinliklərinə işləyib ümidimizi sındıra bilər. Əcəl…qaçılması mümkün olmayan yeganə məfhum.

İstər şərqdə ol, istər qərbdə, istər yerdə ol, istər marsda, haqlayacaq o səni, mütləq haqlayacaq və haqladığı zaman sənin yaşamına son qoyacaq, bu son sənin ölümün olacaq.

O ölüm ki,sən onu fikirləşirdin, qorxurdun ondan.

Ancaq haqladı səni, yaxaladı. Sənə verilən ömür payı qırıldı.

Bu günün sabahı gəlməyəcək, kölgən belə səni izləməyəcək bir daha, sənə hamıdan daha yaxın olan, sənin yaşama mexanizmin olan ürək belə səndən əl çəkəcək, döyməyəcək bir daha və sən olmamış kimi olacaqsan.

Bunu da dərd etməyə dəyməz ki, bu yoxluq sənə acı verməyəcək.

Çünki sən bir heç olacaqsan, yer üzündə ən xırda molekullar, ionlar olacaq, ancaq bir sən, yalnız sən olmayacaqsan. Bax budur ölüm, bax budur əcəl!

Elə budur insanı yandıran, qəmləndirən. Bunu öz-özündə həzm edə bilmir insan, danışmaq istəmir bu barədə. Nədənsə paxıllığı tutur yaradılışın bu cür məhv olmasına.

Düşünündə ki, ölümündən, bəli,məhz sənin ölümündən sonra həyat davam edəcək, günəş hər səhər yer üzünü salamlayacaq, ulduzlar parlaqlığı ilə sayrışacaq, dənizlərdə dalğalar coşub-çağlayacaq, quşlar ötəcək, bir sözlə təbiət öz əlvanlığı ilə insanları, ümumiyyətlə bütün canlıları məftun edəcək, necə qısqanmayasan bu gözəlliyi?

Bax budur insanın acizliyini göstərən! Bunun sübutu isə ölümdür.

Ancaq yenə təkrar edirəm, ölümün var olmasını anlaya-anlaya yaşamaq istəyirik və yaşaya-yaşaya da hər an ona doğru getdiyimizi anlayırıq.

Belə isə sual doğur. Nədən yaşayırıq?

Nədən bu həqiqəti dərk edə-edə yaşamaq istəyirik? Çünki yaşamaq arzusu, ölümə olan nifrət nisbətində daha böyükdür, daha qüvvətlidir. Belə isə yaşasın yaşamaq arzusu ilə yaşayanların varlığı!

ÖLÜM / ECEL ÇAĞRISI - TÜRKİYE TÜRKÇESİ

Ölüm... Her şeyin yıkılacağı bir süreç, ölümlülükten sonsuzluğa geçişin başlangıç noktası.

Her canlının kaderinde yazılı olan ve onu bozmanın mümkünsüz olduğu nokta.

Yaratılmışların her biri, yaratıldığı andan itibaren ona doğru gidiyor, yolun diğer tarafında ölüm bekliyor herkesi.

Ondan kurtulmak mümkün olmadığı gibi, onu düşünmemek de mümkün değildir.

"Ölüm" denilen bir sonun varlığını bilerek onun varlığını bir an bile düşünmeyen bir canlı, bir birey bulamazsınız.

Sonuçta bir insan nasıl olur da bu kara gücün varlığının farkına varıp da ona kayıtsız kalır, onu ömür boyu acıya çevirip  kendine eziyet etmez, ister az, ister çok, ister üzücü, ister neşeli olsa da yaşamak ister, sadece yaşamak.

Ölüm kapımızı çaldığında, bir saniye bile yüzlerce yıl kadar kıymetli, hiçbir ölçüye gelmeyecek kadar tatlı ve ulaşılmazdır.

Bu karşıtlığın sırrı nedir merak ediyorum, neden ölümün bize her an, her saniye yaklaştığını hissederek yaşamak, yaratmak, kısacası bize verilen bu hayatın hiç sonunu istemeyerek yaşamak ilgisi, yaşamak arzusu?

İnsan bir kez doğar ve bu gün bir daha tekrarlanmayacak. Bugün yeri doldurulamaz.

Geriye kalan her şey tekrarlanacak. Doğum günleri, bayramlar, işler, özetler, aynı sevinç, aynı acılar. Ama tek bir şey tekrarlanmayacak, sadece bir şey: doğum günü.

Bugün bize hayatta verilen en büyük, en tatlı hediye. Acı ve üzgün olmasına rağmen  kim doyabilir ki, ondan...

Bu güzellikten bahsederken bir kavramın hayal edilip, gözlerimizin önünde bir nebze canlanması bile yaratılışın kalbini sarsıyor, vücudunu kan, terle dolduruyor ve onu heyecanlandırıyor.

Bu kavram ölümdür. Ölmeden önce ecel çalar kapımızı , ecel çanının sesi gelir kulaklarımıza.

O bizlerden, kendimizden bağlı olmayarak, öyle zamanda bizi yakamızdan yakalayabilir ki, ne bileyim, en sevdiğimiz çağımızda, neşemizi burnumuzdan getirip bizi perişan edebilir.

Ruhumuzun derinliklerine işleyip umudumuzu yok edebilir. Ecel... Kaçınılmayacak tek kavram.

İster doğuda olun, ister batıda, ister dünyada olun, ister Mars'ta, yakalayacak o sizi,  mutlaka yakalayacak ve yakaladığı zaman hayatınıza son verecek, bu son sizin ölümünüz olacaktır.

O ölüm ki, sen onu düşünürdün, korkuyordun ondan...

Ama yakaladı seni, buldu. Sana verilen ömür payı bozuldu.

Bu günün yarınları gelmeyecek, gölgen bile seni takip etmeyecek bir daha, sana en yakın olan, hayatının mekanizması olan kalp bile senden vazgeçecek, atmayacak bir daha ve sen sanki  yokmuş gibi olacaksın.

Bu konuda endişelenmenize gerek yok çünkü bu yokluk size zarar vermeyecek.

Çünkü sen bir hiç olacaksın, dünyadaki en küçük moleküller ve iyonlar olacak ama sen, sadece sen olmayacaksın. İşte budur ölüm, işte budur ecel!

İnsanı yakan, üzen de budur. İnsan bunu kendi içinde sindiremez, bu konuda konuşmak istemez. Bazı nedenlerden dolayı kıskanıyor yaratılışın bu tür yıkımını.

Düşünün ki, ölümünüzden, evet, tam olarak senin ölümünden sonra hayat devam edecek, güneş her sabah dünyayı selamlayacak, yıldızlar pırıl pırıl parlayacak, dalgalar denizlerde kükreyecek, kuşlar ötecek, kısacası doğa, zarafetiyle insanları, genel olarak tüm canlıları büyüleyecek, nasıl kıskanmazsınız bu güzelliği?

İşte budur insanın zayıflığını gösteren! Bunun kanıtı ölümdür.

Ama tekrar ediyorum, ölümün var olduğunu bilerek yaşamak istiyoruz ve yaşayarak da her an ona doğru ilerlediğimizi anlıyoruz.

Bu bir soruyu gündeme getiriyor. Ne için yaşıyoruz?

Bu gerçeği anladıktan sonra neden yaşamak istiyoruz? Çünkü yaşama arzusu, ölüm nefretinden daha büyük, daha güçlüdür. Öyleyse, yaşasın yaşama arzusuyla yaşayanların varlığı!

Truva Edebiyat Dergisi Truva Edebiyat Dergisi