MƏN BELƏ DÜNYANIN NƏYİNİ SEVİM / AZERBAYCAN TÜRKÇESİ
Bu dünyanın qarnı deyəsən toxdu.
Olub bitənlərdən xəbəri yoxdu.
Kasıbın əzabı, əziyyəti çoxdu.
Qohumun qohuma bir zəngi yoxdu.
Mən belə dünyanın nəyini sevim?
Yalanla, dolanla danışan çoxdu.
Eləsi var, sözləri ürəyə oxdu.
Qonşunun qonşüya inamı yoxdu.
Artıq zayı çıxmış indiki devrin.
Mən belə dünyanın nəyini sevim?
Dostun dostuna yoxdur qiyməti.
İtib arada olan xətir - hörməti.
Biri digərinə olub xərcli - xəraclı,
Mərdi namərdə eyləyib borclu.
Mən belə dünyanın nəyini sevim?
Deyirəm yazmayım, susum, dayanım.
Bu sözlərlə özümü hec də yormayım.
Mənim qədər bəlkə düşünən yoxdu.
Onsuzda kasıba bir yuxa çoxdu.
Mən belə dünyanın nəyini sevim?
***
BEN BÖYLE DÜNYANIN NEYİNİ SEVİM
Bu dünyanın karnı diyorsan toktur.
Olup bitenlerden haberi yoktur.
Fakirin azabı, eziyeti çoktur.
Akrabanın akrabaya sesi yoktur.
Ben böyle dünyanın neyini sevim?
Yalanla dolanla konuşan çoktur.
Öylesi var sözleri yüreğe oktur.
Komşunun komşuya inancı yoktur.
Artık boşa gitmiş şimdiki devrin.
Ben böyle dünyanın neyini sevim?
Dostun dostuna yoktur kıymeti.
Yitti, arada olan hatır hürmeti.
Biri diğerine olur harçlı - haraçlı.
Merdi nâmerde eyliyor borçlu.
Ben böyle dünyanın neyini sevim?
Diyorum, yazmayım, susum, dayanım.
Bu sözlerle kendimi hiç de yormayım.
Benim kadar belki düşünen yoktur,
Onsuz da fakire bir yufka çoktur.
Ben böyle dünyanın neyini sevim?













































