ŞİİR
Giriş Tarihi : 17-06-2025 14:37   Güncelleme : 17-06-2025 17:59

Böyüdü / Azerbaycan Türkçesi  & Türkiye Türkçesi / Şakir Mahbusi

Şakir Mahbusi -BÖYÜDÜ / AZERBAYCAN TÜRKÇESİ & TÜRKİYE TÜRKÇESİ

Böyüdü / Azerbaycan Türkçesi  & Türkiye Türkçesi / Şakir Mahbusi

BÖYÜDÜ / AZERBAYCAN TÜRKÇESİ 

Sızım-sızım sızlayan, ana, yarana qurban,
Köksündə fəryadına, ana, ahına qurban,
Vətənə şəhid olan, ana, balana qurban-
Torpağın naləsində mərdin…mərdin böyüdü.

Külüng tutan əllərim, a daşyonan əllərim,
Dağlarında qəribdi çiçəklərin, güllərin,
Gəl yaranı sarıyım, a yaralı əllərim-
Dərdimi sərdim göyə dərdim…dərdim böyüdü.

Bu dünyanın nərdində, dərdə cütlənmiş zərəm,
Gözüyaşlı Arazam, suyubulanıq Kürəm,
Sarı simin telində ağlama-Yanıq Kərəm-
Daş adamlar içində səbrim…səbrim böyüdü.

Şəhid analarının, qara saçları dən-dən,
Bu "Millət" dediyinin biri sənsən, biri mən,
Oğul olmaq istədim mən sənə, Ana Vətən-
Arzularım gömüldü qəbrim qəbrim böyüdü!..

BÜYÜMÜŞ / AZERBAYCAN TÜRKÇESİ 

Sızım sızım inleyen, ana, yarana kurban,
Göğsündeki feryadına, ana, ahına kurban,
Vatan uğruna şehit olan, ana, evladına kurban,
Toprağın feryadında yiğidin, yiğidin büyüdü.

Kazma tutan ellerim, ey taş yontan ellerim,
Dağlarında yetim kaldı çiçeklerin, güllerin,
Gel yaranı sarayım, ey yaralı ellerim –
Derdi döktüm göğe, derdim… derdim büyüdü.

Bu dünyanın tavla (oyununda), dertle çiftlenmiş zarım,
Gözü yaşlı Araz’ım, suyu bulanık Kür’üm,
Sarı telde ağlama, Yanık Kerem’im –
Taş insanlar içinde sabrım… Sabrım büyüdü.

Şehit analarının siyah saçları tek tek ak,
Bu “Millet” dediğinin biri sensin, biri ben,
Evlat olmak istedim sana, ben Ana Vatan –
Arzularım gömüldü, mezarım… Mezarım büyüdü!

***

TRUVA YAYIN GRUBU YOUTUBE  KANALIMIZA ABONE OLMAYI UNUTMAYIN...

Logoya tıklayıp Youtube kanalımızı ziyaret edebilir, abone olabilirsiniz.

Editör: Seher Uslu
Türkiye Türkçesi: Deniz İmre

Truva Edebiyat Dergisi Truva Edebiyat Dergisi