Advert

Birleşme / Habil Yashar - Azerbaycan ve Türkiye Türkçesi

Yazan: Habil Yashar -BİRLEŞME / BİRLəŞMə Azerbaycan & Türkiye Türkçesi

ÖYKÜ - 02-05-2024 21:47 391 kez okundu.

Birleşme / Habil Yashar - Azerbaycan ve Türkiye Türkçesi
Advert

BİRLəşMə / Azerbaycan Türkçesi

Hər kəs ondan danışırdı-Tvlərdən, radiolardan tutmuş bütün sosial şəbəkələrə qədər. Yeddi  milyard yeddi yüz milyon insanı dilindən, dinindən, irqindən asılı olmayaraq sadəcə bir şey birləşdirirdi. Qorxu.

Çin, İran, Avropa ölkələri-xüsusən İtaliya və İspaniya, Amerika Birləşmiş Ştatları, Afrika, Avstraliya bütün dünya tarixdə misli-bərabəri görünməyən bir pandemiyaya qarşı mübarizə aparırdı. Artıq ən güclü dövlətlər belə bu virusa məğlub olduqlarını etiraf edir və əgər tez bir zamanda bu pandemiyanın peyvəndi tapılmazsa  insanlığın böyük bir hissəsinin məhv olacağını proqnozlaşdırılırdı (ən nikbin öngörülərə görə milyonlarla insanın öləcəyi ehtimal edilirdi). Getdikcə artmaqda olan ölümlərin sayı onminləri keçir, yoluxmaların sayı yüzminlərlə hesablanırdı.

Həkimlər yeddi gün, iyirmi dörd saat ayaqda dursa da yoluxanların sayı o qədər sürətlə artırdı ki, hər kəsin həyatını xilas etmək mümkünsüzləşirdi.

Qoca, cavan, körpə virus heç kəsə məhəl qoymadan  hər kəsin canına qıymağa davam edirdi. Sağ qalanlar qorxu içində-növbəti qurbanın özləri ola biləcəklərinin həyəcanında. Hətta dövlət başçıları, krallar belə bu gün yaşaya bilirdilərsə şükür etməli idilər. Virus ayrıseçkilik bilmirdi. Bir zamanlar izdihama şahidlik etmiş şəhərlər indi qorxu filmlərindəki kimi bomboş qalmış, polislər, hərbiçilər əhalini küçələrə çıxmasını əngəlləmək üçün gecə-gündüz bilmədən nəzarət edirdilər. Googledə axtarış versələr bu virusun yəni daha dəqiq koronavirusun  təxminən 6 000 000 000 milyard dəfə axtarıldığının şahidi olurdular. İstər iudaistlər, istər xristianlar, istər  müsəlmanlar, bir sözlə bütün dinlərin nümayəndələri qardaşlaşaraq çarəni Allah'a dua etməkdə görürdülər. Ah insan sadəcə bir gün qabaq öz elmin, öz inkişafın ilə o qədər öyünmüş, o qədər təkəbbürlənmişdin ki...

Hətta bəziləri özünə “Mən Allah'am” deyəcək qədər cəsarətlənmişdi. 
Kimiləri koronavirusun  dünyaya yayılmasını bir-birinə müxalif olan dövlətlərin bioloji silah kimi istifadə edilməsindən, kimiləri Hz İsa'nın, Hz Mehdi'nin yerüzünə qayıtmasının işarəsi olmasından, kimiləri Allah'ın bütün dünyaya bəla yağdırmasından, kimiləri təbiətin onu pis günə qoyan insanlardan intiqam almasından, kimiləri bütün bu oyunların arxasında illumunatların durmasından və onların “Yeni Dünya Nizamı” yaratmaq  məqsədlərindən, hətta kimilərinə görə isə başqa planetdən gələnlərin yer üzünə istilasının başlamasının əlamətlərindən danışır və  bütün bunlar tvlərdən tutmuş sosial şəbəkələrə kimi hər yerdə müzakirə olunurdu. İş yerləri bağlanmış, turizm məhv olmuş, iqtisadiyyat çökmüş, nəinki ölkələrarası nəqliyyat, eyni zamanda şəhərlərarası gedişlər də aradan qaldırılmışdı.

Nəticə etibarı ilə dünya bir xaosa sürüklənirdi, daha doğrusu sürükləndirilirdi və artıq öncəsi kimi olmayacaqdı... Və ən qorxulu ssenari-bəşəriyyət yox olmağa doğru hər gün bir az daha yaxınlaşırdı.

Ölümün nəfəsini bir az daha yaxın hiss edərək qan-tər içərisində yuxudan oyandım. Şok vəziyyətindən qismən də olsa çıxmağım dörd-beş dəqiqə çəkdi. Paltarlarımı geyib, əl-üzümü yuyaraq mətbəxə yaxınlaşdım. Səhər yeməyinə oturan zaman telefonumu əlimə alıb feysbuk hesabıma yenicə daxil olmuşdum ki, daha böyük bir şoka düşdüm. “Aman Allah'ım” deyərkən əllərim əsməyə başladı. Bir neçə saniyə sonra bu xəbərin doğru olub-olmadığını rəsmi xəbərlərdən də öyrənmək üçün televizoru  açdım. “İlahi bu nə deməkdir” deyə düşünməyə başladım. Eyvana yaxınlaşıb həyətimizi seyd edərkən də insanların telefonda nəyə isə baxdıqlarının (çox güman ki, onlar da bu yuxunu izləyirdilər) şahidi oldum.

Az qala gördüklərim, eşitdiklərim qarşısında dilim tutulmağa başlayacaqdı.

Necə olur ki, yeddi milyard yeddi yüz milyon insan hər biri eyni yuxunun dəhşətli təsirindən  vahimələnərək oyanır (təbii minlərlə insan da bu yuxunun qorxusundan ölümlə üzləşir və bəlkə də öldüyünü düşündüyümüz insanlar gerçək həyata qədəm qoyacaqlardır)? Tvlərdən, radiolardan tutmuş bütün sosial şəbəkələrə qədər- hərkəs ondan danışırdı.

Qorxu- yeddi  milyard yeddi yüz milyon insanı dilindən, dinindən, irqindən asılı olmayaraq birləşdirmişdi. Artıq çoxları, “Bəlkə də, yaşadığımız həyat yuxuların həqiqətindən başqa bir şey deyildir və ya bəlkə də yuxularımız həyatın elə özüdür. Paralel aləmlər varmı və ya bizim aləmimiz də sonsuz sayda paralel aləmlərdən sadəcə biridirmi?” və s deyə düşünməyə başlamışdı. Hər kəs haqlı görünə bilərdi amma heç kəs həqiqəti bilmirdi və ya biriləri bilirdi də heç kəsə açıqlamırdı. Bəlkə də nə vaxtsa açıqlanacaqdı.

Tvlərdən, sosial şəbəkələrdən “Elə yuxularımız var ki, onları reallaşdırma Allahım, Amin” dualarının ardı-arası kəsilmirdi. Mən də bir dəfə səsli, sonra isə ürəyimdə onlarla dəfə “Amin” deyərək göz yaşlarımı saxlaya bilmədim.

Göz yaşlarımı silməyə hazırlaşırdım ki...
Gözlərimi açıb həyəcanlı halda ətrafıma baxmağa başladım... Dərhal feysbuk hesabıma daxil olub hər şeyin həmişəki kimi davam etdiyini görüb olduqca sevindim və Allaha şükür etməyi də unutmadım.  Sən demə hər şey (dünyada baş verən koronavirus pandemiyası da, dünyadakı bütün insanların eyni yuxunu görməsi də) sadəcə yuxudan ibarət imiş.

Bu zaman  düşüncələrimdə belə bir sual yarandı? Görəsən, əgər biz bir yuxunun içində başqa bir yuxu görürüksə ola bilərmi bizim həyatımızın özü də başqa birisinin yuxusudur? Və ya başqa bir iddia daha... Yuxu gördüyümüz zaman yuxumuzun içində də başqa bir yuxu görürüksə başqa-başqa aləmlərəmi ziyarət edirik? 

Yuxular həyatın özündə həyat,
Bəzən həyacansız, bəzən narahat.
Bir günü özünə sevdirir bizi,
Bir günsə sındırır ürəyimizi.

***

BİRLEŞME / Türkiye Türkçesi 

Herkes onun hakkında konuşuyordu. TV'den radyoya, tüm sosyal ağlara kadar...

Yedi milyar yedi yüz milyon insanı, dili, dini, ırkı ne olursa olsun tek bir şey birleştiriyordu. Korku.

Çin, İran, Avrupa ülkeleri başta İtalya ve İspanya olmak üzere, Amerika Birleşik Devletleri, Afrika ve Avustralya tüm dünya tarihte benzeri görülmemiş bir salgınla mücadele ediyordu. En güçlü uluslar bile artık bu virüse karşı yenilgiyi kabul ediyor ve eğer bu salgına karşı bir aşı yakın zamanda bulunmazsa insanlığın büyük bir kısmının yok olacağı öngörülüyordu. (En iyimser tahminlere göre milyonlarca insanın öleceği varsayılıyordu).

Her geçen gün artan ölüm sayısı on binleri aşarken, enfeksiyon sayısı da yüz binleri buluyordu. Doktorların yedi gün yirmi dört saat ayakta durmasına rağmen enfekte olanların sayısı o kadar hızlı artıyordu ki, herkesin hayatını kurtarmak imkansız hale geliyordu.

Yaşlı, genc, bebek virüs kimseyi görmezden gelerek herkesi öldürmeye devam ediyordu. Hayatta kalanlar korku içinde; bir sonraki kurbanın kendileri olabileceğinden endişe duymakta. Hatta devlet başkanları ve krallar bile bugün yaşayabildilerse şükretmeliler. Virüs ayrım yapmıyordu. Bir zamanlar kalabalıklara sahne olan şehirler artık tıpkı korku filmlerindeki gibi ıssız kalmış, polis ve askerler insanların sokağa çıkmasını engellemek için gündüz gece bilmeden kontrol ediyordular.

⁰Google'da aratsalar bu virüsün, daha doğrusu koronavirüsün yaklaşık 6.000.000.000 milyar kez arandığına tanık oluyordular.

İster Yahudi olsun, ister Hristiyan, isterse Müslüman olsun, kısacası tüm dinlerin temsilcileri bir araya gelerek çözümü Allah'a dua etmekte görüyordular. Ah insan, daha bir gün önce bilginle ve gelişiminle o kadar gurur duyuyor, o kadar kibirleniyordun ki... Hatta bazıları kendi kendilerine; "Ben Tanrıyım" diyecek kadar cesaretlenmişti.

Bazıları, koronavirüsün dünyaya yayılmasının karşıt devletlerin biyolojik silah olarak kullanılmasından kaynaklandığından, bazıları Hazreti İsa'nın, Hazreti Mehdi'nin yeryüzüne dönüşünün alameti olmasından, bazıları Tanrı'nın tüm dünyaya bela çıkarmasından, kimileri doğanın onu kötü güne salan insanlardan intikam almasından, bazıları tüm bu oyunların arkasında İlluminati'nin olduğundan ve onların "Yeni Dünya Düzeni" yaratma hedeflerinden, hatta bazılarına göre, başka bir gezegenden gelenler tarafından dünyanın işgalinin başlangıcının işaretlerinden bahsediyor ve bütün bunlar televizyondan sosyal ağlara kadar her yerde tartışılıyordu.

İşyerleri kapatılmış, turizm mahv olmuş, ekonomi çökmüş, sadece ülkelerarası ulaşım değil, şehirlerarası yolculuklar da ortadan kaldırılmıştı.

Sonuç olarak dünya kaosa sürüklenirdi, daha doğrusu sürükleniyordu ve bir daha asla eskisi gibi olmayacaktı... Ve en kötü senaryo, insanlığın yok oluşuna her geçen gün biraz daha yaklaşıyordu.

Ölümün nefesini biraz daha yakından hissederek kan ve ter içinde uyandım. Yaşadığım şoku atlatmam kismen de olsa dört beş dakikamı aldı. Üzerimi giyinip yüzümü yıkadıktan sonra mutfağa yaklaştım. Kahvaltıya oturduğumda telefonumu elime alıp “Facebook” hesabıma yeni giriş yapmıştım ki, daha büyük bir şokla karşılaştım. "Aman Tanrım" dediğimde ellerim titremeye başladı. Birkaç saniye sonra bu haberin doğru olup olmadığını resmi haberlerden de öğrenmek için televizyonu açtım. "Aman Tanrım, bu ne anlama geliyor?" diye düşünmeye başladım.

Balkona yaklaşıp bahçemizi izlerken insanların telefonla bir şeye baktığına (büyük ihtimalle onlar da bu rüyanı izliyordular) şahit oldum. Neredeyse gördüklerim ve duyduklarım karşısında dilim tutulmaya başlayacaktı.

Nasıl oluyor da yedi milyar yedi yüz milyon insan aynı rüyanın korkunç etkilerinden dehşete düşerek uyanıyor. (Elbette binlerce insan da bu rüyanın korkusundan ölümle karşı karşıya kalıyor ve belki de öldüğünü sandığımız insanlar gerçek hayata gideceklerdir)

Televizyonlardan radyolara, sosyal ağlara kadar herkes onun hakkında konuşuyordu. Korku dil, din, ırk ayrımı gözetmeksizin yedi milyar yedi yüz milyon insanı birleştirmişti. Birçoğu çoktan, “Belki de yaşadığımız hayat hayallerin gerçekliğinden başka bir şey değildir ve ya belki de hayallerimiz hayatın ta kendisidir. Paralel dünyalar var mı ve ya dünyamız da sonsuz sayıda paralel dünyalardan sadece biri mi?” vb diye düşünmeye başlamıştı. Herkes haklı görünebilirdi ama kimse gerçeği bilmiyordu, ya da birileri biliyordu ama kimseye açıklamıyordu. Belki bir noktada ortaya çıkacaktı.

Televizyonlardan, sosyal medyadan; "Öyle hayallerimiz var ki, gerçekleştirme Allah'ım, Âmin" duaları aralıksız sürüyordu. Ben de onlarca kez önce yüksek sesle, sonra da içimden “Amin” söyleyerek gözyaşlarımı tutamadım.

Gözyaşlarımı silmek üzereydim ki...

Gözlerimi açıp heyecanla etrafıma bakmaya başladım... Hemen “Facebook” hesabıma girip her şeyin her zamanki gibi gittiğini görünce çok mutlu oldum ve Allah'a şükretmeyi unutmadım.

Aslında her şey sadece bir rüyadan ibaretmiş. Bu zaman düşüncelerimde böyle bir soru ortaya çıktı. Acaba, eğer biz bir rüyanın içinde başka bir rüya görüyorsak, olabilir mi bizim hayatımızın kendisi de başka birisinin rüyasıdır? Ya da başka bir iddia daha...

Rüya gördüğümüz zaman rüyamızda başka bir rüya daha görüyorsak başka başka dünyaları mı ziyaret ediyoruz?

Rüyalar heyatıni içinde heyat,
Bazen endişeli, bazense sakin, 
Bir günü kendine sevdirir bizi,
Bir günse o kırar yüreğimizi.

      

                                  

Advert
Neler Söylendi?
DİĞER HABERLER
Yıldızlar -2 / Aydın Hanzala

Yıldızlar -2 / Aydın Hanzala

17-05-2024 - ÖYKÜ

Ayak Üstü / Ahmet Keskin

Ayak Üstü / Ahmet Keskin

16-05-2024 - ÖYKÜ